Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

09.03.2022 14:33
  • A-
  • A
  • A+

Professor Məryəm Seyidbəylinin “Scopus” beynəlxalq məlumat bazasına daxil olan nüfuzlu elmi jurnalda məqaləsi yayımlanıb

Professor Məryəm Seyidbəylinin “Scopus” beynəlxalq məlumat bazasına daxil olan nüfuzlu elmi jurnalda məqaləsi yayımlanıb

AMEA-nın Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin beynəlxalq xülasələndirməyə malik “Scopus” beynəlxalq məlumat bazasına daxil olan nüfuzlu “Вопросы Истории” elmi jurnalında məqaləsi yayımlanıb.

“Nəsirəddin Tusinin riyaziyyat və astronomiya sahəsində əlyazma irsi” adlanan məqalə böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin riyaziyyat və astronomiya sahəsində əlyazma irsinin öyrənilməsinə həsr olunub.

Məqalədə qeyd edilir ki, Nəsirəddin Tusiyə aid olan elmi məqalələrin, tərcümələrin, şərhlərin və yazışmaların sayı ümumilikdə 190-a çatır və hazırda bu əlyazmalar dünyanın müxtəlif elmi arxivlərində saxlanılır.

Nəsirəddin Tusinin yazdığı bəzi əlyazmaların faksimillərinin də əks olunduğu bu tədqiqatda müəllif ilk dəfə olaraq alimin ərəb dilində yazılmış “Təhrir İqlidis fi ilmi həndəsə” əsərinin əsas mövzularını araşdırıb və Evklid və Əl-Magestin yazılarına dair ən geniş yayılmış kitablardan birinin ardınca “Üsulu-l-həndəsə fi İqlidis” diqqətlə öyrənilib.

Məqalədə, həmçinin fars dilində yazılmış “Si fəsl” (“30 fəsil”) və “Astrolabe” nüsxələri də tədqiq edilib və burada üstürlabdan (astrolabiyadan) istifadə qaydalarını özündə əks etdirən göy cisimlərinin Yerin mərkəzinə nisbətən hərəkət trayektoriyası hesablanıb. Bununla yanaşı, bu əlyazmaların əsas fəsillərinə aydınlıq gətirilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: