Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.03.2022 14:35
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Həmkarlar təşkilatı və Qadınlar şurasının (QŞ) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq bu əlamətdar günün tarixindən, qadınların cəmiyyətin həyatında oynadığı roldan, tutduğu yüksək mövqedən bəhs edib. O, qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutub. Dünya mədəniyyətinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların böyük rolu olub. Azərbaycanın müxtəlif sahələrdə inkişafına öz töhfələrini verən qadınların bir çoxunun adı ölkənin zəngin tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.

Ə.Abbasov bildirib ki, çağdaş Azərbaycan qadını fədakar ana olmaqla yanaşı, həm də peşəkar elm xadimi, bacarıqlı siyasətçi və xalqın etimadını qazanan dövlət məmurudur. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Alim, o cümlədən rəhbərlik etdityi müəssisədə çalışan xanımlara institutun elmi və ictimai istiqamətlərdəki inkişafında nümayiş etdirdikləri fəallığa, bəxş etdikləri töhfələrə görə təşəkkürünü ifadə edib, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.

Sonda tədbir iştirakçılarına təltifnamələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: