Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.03.2022 09:54
  • A-
  • A
  • A+

Azərbaycanlı filosof beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

Azərbaycanlı filosof beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Amerikanın nüfuzlu fəlsəfə jurnalı “International Јоurnal of Philosophy” redaksiya heyətinə üzv seçilib.

Bununla bağlı müxtəlif elm sahələri üzrə 400-dən çox jurnalı nəşr edən “Science Publishing Group” azərbaycanlı filosofa məktub göndərib. Məktubda Xatirə Quliyevanın “Dünya süni intellekt sisteminin inkişafında Lütfi Zadə fenomeni” başlıqlı məqaləsinin onlarda ciddi maraq doğurduğu bildirilib. Alim jurnalın bir nömrəsinin onun redaktorluğu ilə çap edilməsi məqsədilə yeni elmi layihədə iştirak etməyə dəvət olunub.

Qeyd edək ki, Xatirə Quliyeva bu ilin fevral ayının 16-dan bu jurnalın redaksiya heyətində (rəyçi qismində) təmsil olunur. O, beynəlxalq elmi əlaqələrin genişləndirilməsində fəal iştirak edir. Alimin ABŞ, İtaliya, Pakistan, Polşa, Macarıstan, Slovakiya, Türkiyə və başqa ölkələrdə məqalə və konfrans materialları çap olunub. Onun əsərlərinə 887 dəfə istinad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: