Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub
18.03.2022 10:28
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə və həmin şöbənin doktorantı Bünyamin Seyidovun həmmüəllifləri olduqları “Azərbaycanın yeni qitələrə çıxış strategiyası” (Access strategy of Azerbaıjan towards new contınents) adlı məqalə “Web of Science” bazasında (Emerging Sources Citation Index) indeksləşən Qazaxıstan Elmlər Akademiyasının “Xəbərlər” jurnalında çap edilib.

Məqalədə Azərbaycan Respublikasının xarici siyasətinin vəzifələri beynəlxalq hüquq və münasibətlər sistemi çərçivəsində tədqiq edilib. Həmçinin xarici siyasətin prioritetləri Azərbaycan xalqının milli maraqları və ölkənin milli təhlükəsizliyi kontekstində izah edilib. Yeni müttəfiqlər qazanmaq və diplomatik ekspansiya həyata keçirmək məqsədi daşıyan “Azərbaycanın yeni qitələrə doğru çıxış strategiyası” xarici siyasət qarşısında duran mühüm prioritetlərdən və vəzifələrdən biri kimi əsaslandırılır. Tədqiqatçılar məsələyə istər beynəlxalq, istərsə də ölkə səviyyəsində gündəmdə olan məsələlərdən biri kimi yanaşaraq qeyd olunanlarla bağlı öz təhlilini irəli sürüblər.

Məqalə xarici siyasətin prioritetlərinin və vəzifələrinin öyrənilməsi baxımdan böyük əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: