Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geofizika mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 4-cü kurs tələbələrinin Neft və Qaz İnstitutunun Neftli-qazlı komplekslərin litologiyası, Neftli-qazlı hövzələrin analizi, Lay sistemlərinin hidroqazdinamikası, Müasir qazmanın nəzəri və tətbiqi problemləri və Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbələrində təcrübə keçəcəklər. Tələbələr bakalavr olmaqla 12 nəfərdən ibarət olacaq.
Sözügedən məsələlərlə bağlı AMEA-nın Neft və Qaz İnstitutunda tədbir keçirilib.
Yığıncağı institutun icraçı direktoru, g.-m.e.d, professor Vaqif Qurbanov açaraq tələbələri salamlayıb və onlara təcrübə müddətində müəssisədə yaradılacaq şəraitlə bağlı məlumat verib.
Sonda institutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov tələbələrə təcrübə qrafikləri və elmi rəhbərlərinin təyin olunmasından danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.