Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.03.2022 15:13
  • A-
  • A
  • A+

Xalq şairi Sabir Rüstəmxanlıya Əlyazmalar İnstitutunun “Fəxri doktoru” adı verilib

Xalq şairi Sabir Rüstəmxanlıya Əlyazmalar İnstitutunun “Fəxri doktoru” adı verilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının Elm gününə həsr olunmuş iclası keçirilib.

Şuranın gündəliyində duran əsas məsələ Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya institutun “Fəxri doktoru” adının verilməsi olub.

İclası müəssisənin baş direktoru, akademik Teynur Kərimli açaraq bildirib ki, sədrlik etdiyi şuranın bütün üzvlərinin yekdil qərarı ilə Sabir Rüstəmxanlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu qarşısında göstərdiyi xidmətlərə görə, institutun “Fəxri doktoru” adına layiq görülüb.

Xalq şairi göstərilən bu etimada görə təşəkkürünü bildirib və öz növbəsində “Ziyayi-Qafqaziyyə” qəzetinin bütün nömrələrinin toplusunu institutun fonduna hədiyyə edib.

Qeyd edək ki, bu vaxta qədər Sabir Rüstəmxanlı özünün şəxsi arxivini də tam şəkildə Əlyazmalar İnstitutuna hədiyyə edib. Hazırda institutun Şəxsi arxiv fondunda müasir şairlərin şəxsi arxivləri sırasında onun da əsərlərinin əlyazma nüsxələri yer almaqdadır.

Xatırladaq ki, Əlyazmalar İnstitutunun ilk “Fəxri doktoru” adına 2012-ci ildə Türkiyə Cümhuriyyəti Ədəbiyyat Vaqfının başkanı Sərvət Kabaklı layiq görülüb. Sabir Rüstəmxanlı isə bu ada layiq görülən ikinci görkəmli ictimai xadimdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: