AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə əvvəlcə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunları haqqındakı hesabat müzakirə olunub.
Daha sonra iclasda institutun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun və fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun 70 illik yubileylərinə AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarları dinlənilib, yubileylərə həsr olunmuş elmi sessiyaların məzmunu müzakirə edilib.
İclasda, həmçinin müəssisənin Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının əməkdaşı, fizika elmləri doktoru, dosent Nüşabə Hacıyevanın baş elmi işçi vəzifəsinə keçirilməsi və Radiokimya və radioprotektorlar laboratoriyasının əməkdaşı, biologiya elmləri doktoru Sevil Məmmədliyə dosent elmi adı verilməsi haqqındakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.