Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2022 19:32
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda “Şuşa ili” çərçivəsində görüləcək işlər müzakirə olunub

Coğrafiya İnstitutunda “Şuşa ili” çərçivəsində görüləcək işlər müzakirə olunub

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov şura üzvlərini və müəssisənin kollektivini xalqımızın sevimli milli bayramı olan, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizə, xalqımıza əmin-amanlıq, firavan həyat, Qarabağın dirçəlişi uğrunda böyük uğurlar arzulayıb.

Gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdıran  Z.Eminov  dünyanın bir sıra ölkələrində 10 noyabr, Azərbaycanda isə 27 mart tarixinin Elm günü kimi qeyd edildiyini vurğulayıb. Müəssisə rəhbəri bu münasibətlə AMEA-nın Rəyasət Heyətinin  tədbirlər planına uyğun olaraq, Coğrafiya İnstitutunda nəzərdə tutulan tədbirlərdən danışıb.

Sonra baş direktor 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar institutun alim və mütəxəssisləri tərəfindən bu ilin sonunadək Şuşanın albom-xəritəsinin və eləcə də “Şuşa rayonunun ensiklopediyası”nın Şuşanın coğrafiyasına aid hissəsinin hazırlanacağını qeyd edib.

O, həmçinin bu il keçiriləcək elmi konfranslara hazırlıq haqqında da məlumat verib.

Gündəlikdəki məsələlər müzakirə edildikdən sonra uyğun qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: