Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2022 09:54
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Elm günü ilə bağlı mühazirə oxunub

Əlyazmalar İnstitutunda Elm günü ilə bağlı mühazirə oxunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov Elm günü ilə əlaqədar elmin populyasiyası məqsədi ilə gənc tədqiqatçılar üçün “Azərbaycan əlyazma kitabı” mövzusunda mühazirə oxuyub.

Tədbiri giriş nitqi ilə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov açaraq tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edib və mühazirə üçün sözü Zaur Orucova verib.

Əlyazmalar İnstitutunun gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov öz mühazirəsində Azərbaycanın qədim əlyazma kitablarından, onların bədii tərtibat xüsusiyyətlərindən, əbru sənətindən, onun incəliklərindən, kitabın işlənmə qrafikasından bəhs edərək sözügedən kitablardan bir neçəsini nümayiş etdirib.

Mühazirəyə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları, magistrantları, Gənc alim və mütəxəssisləri də qatılıb. Mühazirə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.

Tədbirdən sonra bir qrup gənc əməkdaş səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: