AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən Elm gününə həsr olunan “Qarabağın mədəni irsi: şagird tədqiqatları” adlı videoçarx hazırlanıb.
Respublikanın 6 məktəb və liseyinin (S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası, İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb, Bakı şəhəri 312 nömrəli tam orta məktəb, Abşeron rayonu Qobu qəsəbə Q.Xalıqov adına 1 nömrəli tam orta məktəb, 262 nömrəli tam orta məktəb, Texniki-Humanitar Liseyi) iştirak etdiyi videoçarxda ümumilikdə 7 şagird (3 dildə - Azərbaycan, rus, ingilis dillərində) çıxış edib. Videoçarxda yer alan mövzular Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən, Qarabağın və Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyasına həsr olunub, səsləndirilən mətnlər isə şagirdlərin özləri tərəfindən hazırlanıb.
Videoçarxda həmçinin, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan, Qarabağın və Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən materialların fotoşəkilləri də yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.