Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mart soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
29.03.2022 11:02
  • A-
  • A
  • A+

Mart soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə “Mart soyqırımı - insanlığa qarşı cinayət” adlı elmi seminar keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbirdə muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri Nərgiz Əliyeva çıxış edib. O, 1918-ci il 31 mart soyqırımı haqqında danışıb, bu faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri, insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğulayıb.

Daha sonra muzeyin aparıcı elmi işçiləri t.ü.f.d. Əli Fərhadovun “XX əsrin əvvəlləri Qacarlar dövründə missionerlik və müsəlmanlara qarşı soyqırımlar” və dosent Bəhmən Kərimovun “1918-1920-ci illərdə Şimali Azərbaycanın cənub-şərq regionunda bolşevik-erməni daşnaklarının törətdiyi qırğınlar”, elmi işçi Ləman Musayevanın “Soyqırımın  gənc nəslə  muzeylər vasitəsi ilə təbliği” və müəssisənin əməkdaşı Elmira Əliyevanın “1918-ci il mart soyqırımı zamanı Bakıda dağıdılmış mədəniyyət abidələri” mövzularında məruzələri dinlənilib.

Sonda verilən suallar məruzəçilər tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: