Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim beynəlxalq forumda iştirak edib
30.03.2022 10:02
  • A-
  • A
  • A+

Şərqşünas alim beynəlxalq forumda iştirak edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Anadolu Universitetinin təşkil etdiyi 21-ci Beynəlxalq Dövlət İdarəçiliyi Forumunda iştirak edib.

Şərqşünas alim tədbirdə “Ədalət və inkişaf partiyasına seçki qələbələrini qazandıran bəzi əsas faktorların təhlili (2002-2015)” mövzusunda məruzə edib. Məruzədə Türkiyədə hal-hazırda da hakimiyyətdə olan Ədalət və inkişaf partiyasının seçki qələbələrinin qazanılmasında əsas rol oynayan bir sıra mühüm faktorlardan olan lider, iqtisadi vəziyyət və iqtisadi inkişaf, seçkilərə yüksək səviyyədə hazırlığın həyata keçirilməsi təhlil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: