Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.03.2022 10:46
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Elm gününə həsr olunmuş görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Elm gününə həsr olunmuş görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) 27 Mart - Elm gününə həsr olunmuş açıq qapı günləri çərçivəsində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) son kurs tələbələrilə görüş keçirilib.

Görüşdə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev,  universitetin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri, müəllimləri, həmçinin RPİ-nin laboratoriya və şöbə müdirləri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları və tələbələri salamlayıb. Radiasiya Problemləri İnstitutunun tarixi və fəaliyyət istiqamətləri, tədqiqatlar üçün yaradılmış şərait və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib.

Sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Elm gününün təsis edilməsi və bu günün əhəmiyyətindən, eləcə də elmi nailiyyətlərin təbliğindən danışıb, gələcəyin alimləri olacaq tələbələrə tövsiyələrini bildirib.

Daha sonra çıxış edən AMİU-nun Təcrübə və Karyera şöbəsinin müdiri Xanlar Qəniyev bildirib ki, gələcək elmi inkişaf məhz bugünkü tələbələrin çiyinlərindədir və onlar yaradılmış şəraitdən maksimum yararlanmağa çalışmalıdırlar.

Görüşdə RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, institutun laboratoriya müdirləri fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov və kimya elmləri doktoru, professor Müslüm Qurbanov çıxış edərək ümumilikdə Akademiyada tələbələr üçün yaradılmış şəraitdən danışıblar, tələbələrə gələcək elmi fəaliyyətləri ilə bağlı tövsiyələr veriblər.

Daha sonra çıxış edən AMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimləri dosent Emil Qafarov və dosent Aytən Əhmədova universitet və RPİ arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıblar.

Sonda görüşdə iştirak edən qonaqlar və tələbələrin iştirakı ilə institutun laboratoriyalarındakı cihazlar, qurğular və avadanlıqlarla əyani tanışlıq olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: