Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.04.2022 10:32
  • A-
  • A
  • A+

Mikrobioloq alimlər Kənd Təsərrüfatı Nazirliyinin təcrübə stansiyasında olublar

Mikrobioloq alimlər Kənd Təsərrüfatı Nazirliyinin təcrübə stansiyasında olublar

AMEA-nın Mikrobiologiya İnstitutunun Eksperimental mikologiya laboratoriyasının müdiri, b.ü.f.d., dosent İradə Babayeva, böyük elmi işçi, b.ü.f.d. Lalə Əliyeva, elmi işçi Vüsalə İsayeva və kiçik elmi işçi Əsmər Məmmədova  institutun tematik planına müvafiq olaraq nümunələr götürmək, müşahidələr aparmaq və tədqiqatların birgə aparılması imkanlarının müzakirəsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron təcrübə stansiyasında olublar.

Abşeron təcrübə stansiyasının direktoru, a.e.ü.f.d. Cəbrayıl Ağayev və laboratoriya rəhbəri Mərdan Tağıyev institut əməkdaşlarına təcrübə stansiyasında görülən işlər haqqında məlumat veriblər, nümunələrin götürülməsi ilə bağlı bəzi metodik yanaşmalar dəqiqləşdirilib və gələcəkdə birgə görülməsi mümkün olan işlər haqqında fikir mübadiləsi aparılıb. Yekunda bitki zərərvericiləri olan nematodlara qarşı mübarizədə tədbiq edilən nematofaq göbələklərin funksional aktivliyinin öyrənilməsi məqsədilə həm açıq, həm də örtülü sahələrdən torpaq nümunələri götürülüb və  laboratoriya şəraitində aparılması nəzrədə tutulan analizlər üçün hazırlanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: