Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.04.2022 16:12
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Almaniyada yaşayan türk ziyalılarla görüş keçirilib

Ədəbiyyat İnstitutunda Almaniyada yaşayan türk ziyalılarla görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Almaniyada yaşayan türk ziyalılarla görüş keçirilib.

Almaniyada yaşayıb, fəaliyyət göstərən türk ziyalılardan Mədinə muzeyinin müdiri və qurucusu Cəmaləddin Özdəmir, Obyektiv teatrın qurucusu Ərtoğrul Qaraqaya və Almaniyada türkcə və din müəllimi Yaşar Gül institutla yaxından tanış olub və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxış edərək akademiyanın yaranması, tarixi və strukturu haqqında məlumat verib. İnstitutun elmi-tədqiqat şöbələri və çap olunmuş əsərlər baradə danışıb. Həmçinin müxtəlif teatr və muzeylərlə olan əməkdaşlıqdan söz açıb.

Mədinə muzeyinin müdiri Cəmaləddin Özdəmir çıxışında xarici ölkələrdə, xüsusilə Almaniyada ümumtürk mədəniyyəti, o cümlədən Azərbaycan mədəniyyəti ilə bağlı apardıqları təbliğat və həyata keçirdikləri tədbirlər haqqında institut əməkdaşlarını məlumatlandırıb. Eyni zamanda Azərbaycanın Qarabağla bağlı haqq davasına illər öncə keçirdikləri tədbirlərdə yer ayırdıqlarını diqqətə çatdırıb. Fəaliyyət göstərdikləri muzeydə Azərbaycana da xüsusi yer ayırdıqlarını qeyd edib.

Obyektiv teatrın qurucusu Ərtoğrul Qaraqaya da çıxışında Azərbaycana ilk gəlişindən məmnun olduğunu və ölkəmiz haqında daha dolğun bilgilərə yiyələndiyini bildirib. Öz teatrlarında Azərbaycana aid əsərlərin nümayişinə xüsusi önəm verəcəklərini, Nizami Gəncəviyə aid tamaşa hazırlayacaqlarını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: