Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.04.2022 10:12
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

 

AMEA-nın Radiasiya Problemləri İnstitutunda Elm gününə həsr olunmuş tədbirlər çərçivəsində “Sabahın alimləri” XI Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

RPİ-nin Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə sözügedən müsabiqədə qalib olmuş şagirdlər, alimlər və institut rəhbərliyi iştirak edib.

Görüşdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev tədbir iştirakçılarını salamlayıb, RPİ-nin tarixi və fəaliyyət istiqamətləri, əldə olunmuş uğurları, beynəlxalq əməkdaşlıq əlaqələri, kadr potensialı haqqında geniş məlumat verib.

Şagirdləri təbrik edən İ.Mustafayev onlara gələcək təhsil və elmi fəaliyyətlərində uğurlar arzu edib.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, “Sabahın alimləri”, eləcə də bu kimi yerli və beynəlxalq müsabiqələrin əhəmiyyətindən danışıb, eyni zamanda bu istiqamətdə alimlərimizin xidmətlərini yüksək qiymətləndirib.

Görüşdə Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdləri Salman Vahabov və Fərhad Kərimbəylinin “Yeni nəsil Günəş çeviriciləri” (“Sabahın alimləri” XI Respublika müsabiqəsi - II yer), həmin liseyin 9-cu sinif şagirdi Camal Axundov və 247 saylı orta məktəbin 9-cu sinif şagirdi Həvva Qəmbərovanın (“Sabahın alimləri” XI Respublika müsabiqəsi - II yer), Bakı Avropa Liseyinin şagirdləri - Əli Məmmədzadə və Nuray Kərimlinin “Smart Dəm Qazı detektor sistemi” (“Azerbaijan British College”nin dəstəyi ilə keçirilən “7th Science Fair” - II yer, Youth İnternational/National Science Fair (YNSF/YİSF) - III yer), Ülvi Bayramov və Nərmin Bayramovanın “İnsan iştirakı olmadan qeyd olunan ərazidə minaları aşkarlayan və informasiyanı məsafəyə göndərən Metal detektoru” (“Azerbaijan British College”nin dəstəyi ilə keçirilən “7th Science Fair” – II yer, Youth İnternational/National Science Fair (YNSF/YİSF) – III yer) adlı layihələrin şagirdlər tərəfindən təqdimatı keçirilib.

Şagirdlər daha sonra institutun laboratoriyalarındakı elmi-tədqiqat prosesləri, eləcə də cihaz və avadanlıqlarla tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: