Aprelin 18-də AMEA-nın Əsas binasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə “Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdən öncə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, həmçinin Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdən olan alimlər Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən son illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət nümunələrinə baxış keçiriblər.
Qeyd edək ki, konfrans öz işini aprelin 19-da başa vuracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.