AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən “Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları ilə yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdən olan alimlər qoruq ərazisindəki qədim insanların çəkdikləri qayaüstü rəsmlər, insan, heyvan, ov, döyüş və s. təsvirlərilə, eləcə də maddi mədəniyyət nümunələrilə tanış olublar.
Qeyd edək ki, sözügedən konfrans aprelin 18-19-da Bakıda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.