AMEA-nın Botanika İnstitutu ilə Fransanın Monpelye Elmi Təkamül İnstitutu arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Memorandum Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva ilə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) regional nümayəndəsi Jerome Vitre tərəfindən imzalanıb.
Elmin inkişafına istiqamətləndirilmiş memoranduma əsasən tərəflər arasında palinoloji, paleobotaniki və botaniki sahələr üzrə birgə tədqiqatlar aparmaq, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toplanan tədqiqat nümunələrinin mübadiləsi, maraqlı tərəfləri cəlb etməklə toplantı, seminar və konfranslar keçirmək barəsində razılığa gəliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.