Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.04.2022 14:58
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda növbəti seminar keçirilib

Şərqşünaslıq İnstitutunda növbəti seminar keçirilib

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Elm günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində “Qərbin Rusiyaya qarşı enerji sanksiyalarının tətbiqində ərəb dövlətləri faktoru” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov hazırda bütün dünyanın diqqətinin Ukraynadakı hadisələrə yönəldiyini bildirərək, bu hadisələrin tək münaqişənin bilavasitə iştirakçılarına deyil, bir çox ölkələrə təsir etdiyini deyib. O, sözügedən seminarda Ukraynadakı hadisələrin, əsas mahiyyəti, tətbiq edilən sanksiyalar və bütün bunların başqa regionlara, xüsusən də Yaxın və Orta Şərqə təsirindən danışıb.  

Seminarda institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov “Qərbin Rusiyaya qarşı enerji sanksiyalarının tətbiqində ərəb dövlətləri faktoru” mövzusunda məruzə edib. S.Bağırov Ukrayna müharibəsi fonunda Qərbin neft siyasəti, bu siyasətin əsas tərkib hissəsi olan Qərb tərəfindən Rusiya enerjisinin alternativini təmin etmək yolları, o cümlədən Qərbin Körfəz ərəb dövlətlərilə hasilatı artırmaq üçün danışıqlar aparması, Qətər və Əlcəzairdən qazın ixracını artırmaq istəkləri və s. ilə bağlı mövzular barədə ətraflı danışıb. Həmçinin seminarda dünya bazarında enerji qiymətlərinin artmaması üçün Qərbin regionda bəzi gərginlikləri sakitləşdirmək cəhdləri, o cümlədən İranla nüvə sazişinin əldə edilməsi və Yəməndə atəşkəs istiqamətində addımlar müzakirə edilib.

Məruzədən sonra S.Bağırov seminar iştirakçılarının suallarını cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda mümkün Azərbaycan amili, ölkəmizin enerjisi resurslarının dünya bazarı üçün əhəmiyyəti və digər aidiyyati mövzulara toxunulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: