Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.04.2022 14:48
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının inkubator rezidentinin “SmFreshOil by ABAD” stendinin açılışı olub

Yüksək Texnologiyalar Parkının inkubator rezidentinin “SmFreshOil by ABAD” stendinin açılışı olub

Aprelin 19-da “Bravo” marketin Koroğlu filialında “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə AMEA-nın Yüksək Texnologiyalar Parkının inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyevanın rəhbərlik etdiyi “SmFreshOil”in “SmFreshOil by ABAD” stendinin açılışı olub.

Ölkəmizin bir sıra tanınmış şəxslərinin iştirak etdiyi açılış mərasimində müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanıb.

Bu barədə məlumat verən Maya Səbzəliyeva “SmFreshOil”in 4 ildən artıq müddətdir ki, konservantsız, qatqısız və yüksək keyfiyyətli orqanik məhsulların istehsalı və satışını həyata keçirdiyini bildirib. O, hazırda soyuq sıxım yağlarla yanaşı, qlütensiz unlar, əzmələr, bitki toxumlarının jmıxlarının və s. istehsalının da aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, “SmFreshOil by Abad” stendində soyuq sıxım yağlar (qarazirə, kokos, kətan, balqabaq və s.), əzmələr (fındıq, fıstıq, badam əzməsi və s.), qlütensiz unlar (kokos, kətan, düyü unu, yaşıl qarabaşaq unu və.s.), məcunlar və orqanik şokolad pastaları və s. çeşiddə sağlıqlı məhsulların satışı həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: