Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2022 16:15
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev 20-23 aprel 2022-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Dəmiryolu Nəqliyyatı Tərkibi: problemləri, həlli yolları, perspektivləri” (Первая Международная Научно-Техническая Конференция Железнодорожный Подвижной Состав:проблемы, решения, перспективы)  adlı I Beynəlxalq Elmi-Texniki konfransında iştirak edib.

Konfransın açılış mərasimində Tofiq Babayev İSİ-nin baş direktoru, akademik Əli Abbasovun konfransa təbrik məktubunu səsləndirib. Sonra plenar iclasda T.Babayev “Advisability of taking into account the seismic activity factor in rail transport safety systems” (Целесообразность учета фактора сейсмоактивности в системе безопасности железнодорожного транспорта – T.Əliyev, Q.Quliyev, F.Paşayev, T.Babayev, T.Əlizadə) mövzusunda çıxış edib. İclasda, həmçinin akademik Telman Əliyev “Monitoring of the beginning of malfunctions in the rolling stock equipment based on the estimates of the distribution law of the noise of noisy signals” (Мониторинг начала неисправности на оборудованиях подвижного состава по оценке закона распределения помехи зашумленных сигналов) mövzusunda onlayn şəkildə məruzə edib.

Konfransın ikinci günü T.Babayev seksiya iclasında Transport contents in eu framework programmes (AB-nin Çərçivə proqramlarında Nəqliyyət layihələri) mövzusunda çıxış edib, müxtəlif yerli və xarici təşkilatların nümayəndələri ilə görüşlər keçirib, elmi əməkdaşlıq barədə müzakirələr aparılıb.

Tədbir çərçivəsində Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: