Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2022 16:57
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun Elmi şurasının iclası keçirilib

Polimer Materialları İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq iştirakçılara gündəlikdə olan əsas məsələnin AMEA Rəyasət Heyəti aparatının 1 aprel 2022-ci il tarixli “AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi haqqında” qərarı olduğunu bildirib. Bəxtiyar Məmmədov institutda çalışan işçilərin peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğunluqlarının, həmçinin fəaliyyətlərinin səmərəliliyinin müəyyənləşdirilməsi məqsədi ilə attestasiya keçirildiyini və bal sisteminə əsasən hər bir əməkdaşın sənədlərinin yoxlanıldığını, gördüyü işlərin obyektiv şəkildə qiymətləndirildiyini şura üzvlərinin nəzərinə çatdırıb.

Sonra institutun icraçı direktoru, İşığahəssas və optiki şəffaf polimer materiallar laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Kazım Quliyev, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, professor Nəcəf Qəhrəmanov və baş mühəndis, Texniki-iqtisadi hesablamalar və layihələşdirmə şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov çıxış edərək attestasiyanın nəticələri, verilən qərar və tövsiyələr haqqında məlumat veriblər. İclasda geniş müzakirələr aparılaraq mövcud problemlər səsləndirilib, onların aradan qaldırılması və strukturun optimallaşdırılması istiqamətlərində təkliflər irəli sürülüb. Təhsil şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Almaz Çələbiyeva insitututda təhsil alan magistrant, doktorant və disssertantlar haqqında məlumat verib.

İnstitutun baş direktoru Bəxtiyar Məmmədov laboratoriya və şöbələrin fəaliyyətlərinin yenidən gözdən keçirilməsi və institutun 2023-2025-ci illər üzrə iş proqramlarının müasir dövrün tələblərinə uyğun şəkildə hazırlanmasının əhəmiyyətini qeyd edib. Bu məqsədlə institutda komissiyanın yaradılmasını təklif edib.

İclasın sonunda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: