Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.04.2022 09:58
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin Kimya fakültəsində akademik Vaqif Fərzəliyevlə görüş keçirilib

Bakı Dövlət Universitetinin Kimya fakültəsində akademik Vaqif Fərzəliyevlə görüş keçirilib

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə bu fakültənin tanınmış məzunları ilə görüşlərə start verilib.

İlk görüş AMEA-nın Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevlə baş tutub.

Giriş nitqi ilə çıxış edən Kimya fakültəsinin dekanı k.ü.f.d., dosent Fuad Kərimli bildirib ki, tədbirin əsas məqsədinin yetişməkdə olan gənc nəsl doktorant, magistrant və bakalavriat tələbələrin elmə həvəsləndirilməsi üçün tanınmış ziyalı məzunlarla canlı görüşlərini təşkil etmək, onların gələcək karyeraları ilə bağlı faydalı məsləhətlərini özlərindən eşitməkdir.

O, akademik Vaqif Fərzəliyevin həyat və yaradıcılığı haqqında danışaraq dünya şöhrətli alimin ömür yolu, elmi fəaliyyəti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu ilə Kimya fakültəsi arasında təhsil, eləcə də elm sahəsində birgə əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev elm və təhsildə uğur qazanmağın yollarını açıqlayıb, təhsil-elm-istehsalat vəhdətinin ölkənin inkişafı üçün vacib şərtlərdən biri olduğunu vurğulayıb, tələbələrə öz faydalı məsləhətlərini verib və tədbir iştirakçıların suallarını cavablandırıb.

Görüşdə BDU-nun Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov, professorlar Musa Bayramov, Qasım Hüseynov, İbrahim Məmmədov, Namiq Şıxaliyev, Rasim Alosmanov çıxış edərək Vaqif Fərzəliyevin yüksək insani və alim kimi keyfiyyətlərindən, gəncliyə nümunə olmasından danışdılar, rəy və fikirlərini bölüşüblər.

Tədbirin sonunda Vaqif Fərzəliyevə fakültənin I kurs tələbəsi Səbinə İbrahimxəlilovanın əl işi olan portret hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: