Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

25.04.2022 15:22
  • A-
  • A
  • A+

Muzeydə Antik dövrə aid dəfn küpü bərpa edilib

Muzeydə Antik dövrə aid dəfn küpü bərpa edilib

Cari ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına daxil olmuş tapıntılar arasında Yardımlı rayonu, Urakəran kəndi ərazisindəki Bilgəh nekropolundan tapılmış 4 nömrəli dəfn küpü də yer alır. Küp Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyasının 2020-ci il qazıntı mövsümündə apardığı axtarışlar zamanı aşkarlanıb.

Ekspedisiyanın rəhbəri t.ü.f.d. Ceyhun Eminlinin sözlərinə görə, küp uzun əsrlər boyu ağır torpaq kütləsinin təzyiqinə tab gətirməyərək, tədricən sınaraq fraqmentlər şəklinə düşüb. Fraqmentlər altından dəfn küpü üçün səciyyəvi olan avadanlıq da tapılıb. Arxeoloq C.Eminli küpün dövrünü onun əlamətlərinə, avadanlığına və dəfn adətinə görə e.ə. I - e. II əsrlərə aid edib.

Küp muzeyə təhvil verildikdən sonra Bərpa laboratoriyasında restavrasiya işlərinə cəlb olunub. Bir neçə aylıq bərpa prosesindən sonra küp ilkin formasını alıb.

Ümumiyyətlə, bu dəfn küpü Yardımlı ərazisindən muzeyə daxil olmuş ilk nümunə olmaqla bərabər, Antik dövrdə cənub bölgəsində mövcud olmuş dəfn adəti haqqında dolğun təsəvvür yaradır. Bu baxımdan küp muzey eksponatı kimi xüsusi dəyərə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: