Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.04.2022 10:33
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunda Fransada yaşayan həmyerlimiz Zaur Səmədbəyli ilə görüş keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda Fransada yaşayan həmyerlimiz Zaur Səmədbəyli ilə görüş keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Qurultayına həsr edilmiş tədbir çərçivəsində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək üçün Azərbaycana gələn Fransada yaşayan həmyerlimiz, beynəlxalq dərəcəli hüquqşünas Zaur Səmədbəyli ilə görüş keçirilib.

Görüşdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə qonağa rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti və bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.

Sonra müəssisənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d., Zöhrə Əliyeva Z.Səmədbəylini görüş iştirakçılarına təqdim edərək, onun haqqında ətraflı danışıb.

Z.Səmədbəyli də öz növbəsində görüşün təşkilinə və qonaqpərvərliyə görə, müəssisənin rəhbərliyinə minnətdarlığını bildirib, Fransada ictimai, elmi və siyasi fəaliyyəti ilə əlaqəli çıxış edib. Fransada Azərbaycan diasporunun fəaliyyətindən bəhs edən qonaq bu istiqamətdə görülən işlərdən danışıb, alimlərimizin öz elmi məqalələrini yalnız ingilis və rus dillərində deyil, bütün aparıcı dövlətlərinin dillərində nəşr etdirsələr yaxşı olar.

Sonda qonaq görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: