Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2022 15:18
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən dəyirmi masa keçirilib

Tarix İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən dəyirmi masa keçirilib

Tədbiri AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq dahi şəxsiyyətin şərəfli ömür yolundan, vətənimiz qarşısındakı xidmətlərindən bəhs edib. O,  Ümummilli lider Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını vurğulayıb.

Sonra Tarix İnstitutunun əməkdaşları Ulu öndərin həyat yolundan söhbət açaraq bildiriblər ki, Ümummilli liderin ideyaları və zəngin irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövlətinin hazırda tarixinin ən qüdrətli dövrünü yaşayır. Heydər Əliyevin rəhbərlik illərinin Azərbaycan tarixinə elmin tərəqqisi dövrü kimi daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: