Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2022 16:58
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Biofizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

AMEA-nın Biofizika İnstitutunda YAP ərazi partiya təşkilatının və Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında müstəsna rolundan bəhs edib. Bildirib ki, Ulu Öndər bütün fəaliyyəti dövründə elmə, təhsilə böyük önəm verib, onun hakimiyyəti dövründə gənclərin xaricdə təhsil almağa göndərilməsinin əsası qoyulub və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra institutun Ərazi partiya təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürəhimov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, onun müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, məhz Heydər Əliyevin əsasını qoyduğu və  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bötövlüyü bərpa edildi.

Digər çıxışlarda da Heydər Əliyevin şərəfli həyat yolu və ictimai-siyasi fəaliyyəti geniş şərh edilib.

Tədbirə yekun vuran O.Qasımov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev heç vaxt unudulmayacaq, onun əziz, xoş xatirəsi qəlbimizdə daim yaşayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: