Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.05.2022 14:35
  • A-
  • A
  • A+

AMEA-nın Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib

AMEA-nın Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib

AMEA-nın Biofizika İnstitutunda növbəti  elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov açaraq tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Sonra institutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Arzu Aydəmirova “Süni İntellektin tətbiqi ilə insanın sağlam və ağciyər karsinoması halında plazma-lipid modelinin diaqnostik mümkünlüyü” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə aparılan tədqiqat işində ağciyər xərçənginin aşkarlanması üçün insanın qan plazmasının və plazmadan alınan ümuni lipid fraksiyasının FÇİQ spektral analizindən istifadənin mümkünlüyünə və bununla əlaqədar səciyyəvi piklərin təyininə baxılıb: “Süni intellekt vasitəsi ilə alınan nəticələri molekulyar cəhətdən daha dolğun əsaslandırmaq üçün, bu işdə  ağciyər karsinoması xəstələrinin qan plazmasının və eləcə də ümuni lipid fraksiyasının sağlam insanlarla müqaisədə FÇİQ spektrlərində fərqləndirici xüsusiyyətlər tədqiq edilmiş və bu fərqlərin molekulyar (və ya molekula daxil olan qrup) səviyyədə izahı verilib”.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: