Mayın 12-də Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda keçirilən ali məktəb tələbə və magistrantların XXVII multidissiplinar respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşı Güllü Məhərrəmova “Dövlət orqanlarında informasiya təhlükəsizliyi” mövzusunda çıxış edib.
G.Məhərrəmova Qərbi Kaspi Universiteti tərəfindən sertifikatla təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.