Fizika-riyaziyyat elmləri doktoru Soltan Əliyev öz xahişi ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 20 may 2015-ci il tarixli iclasında qəbul edilib.
Rəyasət Heyətinin digər qərarı ilə isə AMEA-nın müxbir üzvü Vaqif Quliyev Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir