Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar əhalisinin metal məmulatı” adlı monoqrafiya çap olunub
17.05.2022 09:35
  • A-
  • A
  • A+

“Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar əhalisinin metal məmulatı” adlı monoqrafiya çap olunub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Kadrlar şöbəsinin müdiri, t.ü.f.d. Leyla Rüstəmovanın “Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar əhalisinin metal məmulatı” adlı monoqrafiyası çap olunub.

Kitabda Gəncə-Qazax bölgəsinin e.ə. V-III minilliklərə aid erkən metal istehsalı dövrü abidələri araşdırılıb, bölgənin erkən metallurgiya və metal istehsalının xarakterik xüsusiyyətləri, onun xammal mənbələri, metal əşyaların tipoloji təsnifatı, istehsalın texniki üsulları və erkən metallurgiyanın istehsal vasitələri daha ətraflı və dolğun şəkildə təqdim edilib.

Zəngin ədəbiyyat siyahısı, hesabatlar və arxiv materiallarını özündə əks etdirən “Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar əhalisinin metal məmulatı” adlı monoqrafiya tədqiqatçılar, tarixçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: