Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.05.2022 14:35
  • A-
  • A
  • A+

Şərqşünas alimlər Moldovada keçirilən beynəlxalq simpoziumda məruzə ediblər

Şərqşünas alimlər Moldovada keçirilən beynəlxalq simpoziumda məruzə ediblər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun dörd əməkdaşı Moldova Komrat Universitetinin keçirdiyi VI Beynəlxalq Türklərin Dünyası Sosial Elmlər Simpoziumunda iştirak ediblər.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Nəşriyyat və elmi informasiya şöbəsinin elmi əməkdaşı Aygül Mirzəyeva “Tabu və evfemizmlərin linqvokulturoloji xüsusiyyətləri (Türk və qaqauz dilləri əsasında)”, Türk filologiyası şöbəsinin kiçik elmi işçilərindən Arzu Dadaşova “Valter Skotdan bu günə qədər tarixi romanların təkamülü”, Gülnisə Usubova “Azərbaycan və Qaqauz dilləri arasında yalançı ekvivalent feillər”, Humay Məmmədova “Şəfiqə Əfəndizadə Cənubi Qafqazın ilk qadın ziyalılarından biri kimi” mövzularında məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: