Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2022 14:22
  • A-
  • A
  • A+

Şərqşünas alimlər beynəlxalq türkoloji konqresində məruzə ilə çıxış ediblər

Şərqşünas alimlər beynəlxalq türkoloji konqresində məruzə ilə çıxış ediblər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Türkiyənin Karabük Universiteti, Qazaxıstanın Əhməd Yəsəvi Universiteti, Özbəkistan Dövlət Şərqşünaslıq Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda keçirilən “Axtarışlar və istiqamətlər” adlı 1-ci beynəlxalq türkoloji konqresdə iştirak ediblər.

Konqresdə Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü “Füzuli şeirində insan camalının təsviri ilə bağlı hürufi obrazları (şairin ərəbcə şeirləri əsasında)”, institutun Nəşriyyat və elmi informasiya şöbəsinin elmi əməkdaşlarından Aygül Mirzəyeva “Türk və qaqauz dillərində onomastik vahidlərin linqvokulturoloji xüsusiyyətləri”, Faidə Omarova “Qıpçaq qrupu türk dillərində kök söz yuvalarının araşdırılması tarixi”, Türk filologiyası şöbəsinin elmi işçilərindən Xanım Abdullayeva “Ara nəsil ədəbiyyatında üslub məsələləri”,  Arzu Dadaşova “Tarixi romanın təşəkkülü və Namiq Kamal” və Şərq-Qərb şöbəsinin elmi işçisi Ülkər Səmədova “Qərb təsirindəki bir ədəbiyyatın Azərbaycanda araşdırılması” mövzularında məruzə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: