Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.05.2022 15:05
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib.

O, iyun ayında Azərbaycan coğrafiya elminin inkişafında böyük əməyi olan akademik Ramiz Məmmədovun vəfatının bir ilinin tamam olacağını diqqətə çatdırıb və institut əməkdaşlarının alim haqqındakı xatirələrinin toplanaraq kitab halında nəşr olunmasını təklif edib və bu, iclas iştirakçıları tərəfindən razılıqla qarşılanıb.

Sonra Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusovun 5-6 may 2022-ci il tarixlərində müəssisənin doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məruzəsi dinlənilib. Şura üzvləri Attestasiya komissiyasının qərarını yekdilliklə qəbul ediblər.

İclasda görkəmli alim, coğrafiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Nurəddin Kərəmovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin vəziyyəti də müzakirə edilib. Konfransın bu il iyun ayının 10-da alimin doğulduğu Şamaxı şəhərində keçirilməsi qərara alınıb.

Tədbirdə, həmçinin Şuşanın albom-xəritəsinin, eləcə də “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilində sonuncu cildinin hazırlanmasının vəziyyəti və digər məsələlər də müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: