Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məhəmməd ağa Müctəhidzadə - Riyazül-aşiqin” kitabının yeni nəşri işıq üzü görüb
24.05.2022 09:48
  • A-
  • A
  • A+

“Məhəmməd ağa Müctəhidzadə - Riyazül-aşiqin” kitabının yeni nəşri işıq üzü görüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Məhəmməd ağa Müctəhidzadə - Riyazül-aşiqin” kitabının yenidən işlənmiş təkrar nəşri işıq üzü görüb.

Kitab Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov tərəfindən “Ön söz” və izahlar yazılaraq tərtib edilib və çapa hazırlanıb.

Böyük oxucu kütləsinin ixtiyarına verilmiş, elm aləmində təzkirəçi-şair kimi tanınan Məhəmməd ağa Müctəhidzadənin müəllifi olduğu, XIX əsr Qarabağ ədəbi mühitini əks etdirən və Qarabağ torpağının yetişdirdiyi şairlərə həsr olunan “Riyazül-aşiqin” təzkirəsi bu torpaqların əzəli və əbədi Azərbaycana mənsub olduğunu sübut edən ən dəyərli yazılı mənbələrdən biridir.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, redaktoru institutun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov, rəyçisi institutun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov, mətn yığımı, korrektoru və adlar göstəricisinin müəllifi isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: