Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2022 09:53
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar fundamental və innovativ elmi tədqiqatlara cəlb olunublar

Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar fundamental və innovativ elmi tədqiqatlara cəlb olunublar

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev bildirib ki, son illər elmin bir-biri ilə əlaqəli sahələrində səmərəliliyin artırılması üçün multidissiplinar tədqiqatlara geniş yer verilir.

O qeyd edib ki, sözügedən seminarda gənc tədqiqatçıların ötən müddətdə yerinə yetirdikləri tədqiqatların əsas nəticələri müzakirə olunacaq.

Sonra institutun  gənc tədqiqatçıları İbadulla Mahmudov Portuqaliyanın Lissabon Universitetində təcrübəkeçmə zamanı apardığı tədqiqatların nəticələrindən bəhs edən “Pirazol və digər aromatik törəmələrinin metal komplekslərinin sintezi və kompüter eksperimental tədqiqi”,  Leyla Səfərova “Molekulda azot, kükürd, oksigen saxlayan beş və altı halqalı heterotsiklik birləşmələrin alkoksimetil törənmələrinin sintezi və funksional xassələri”, Ulduz Cəfərova “Asetilen sırası amin tərkibli birləşmələr tibb və neft hasilatı üçün perspektivli bakterisidlər”, Şəfa Kazımzadə “2,2-(dimetilen-1,3-dioksalan benzil) disulfid siyrilməyə qarşı aşqar kimi”, Həcər Behbudova “Tərkibində kükürd saxlayan biosid xassəli çoxfunksiyalı birləşmələrin sintezi”, Nuridə Məmmədova “Asetofenon əsasında yeni amidlərin sintezi və tədqiqi”, Rufanə Heydərova “Alkilfenollar və alkilfenol əsasında alınan aşqarlar” və Kəmalə Əsgərova “Atmosferin təyyarə tullantıları ilə çirklənməsi” kimi aktual mövzularda maraqlı məruzələr təqdim ediblər. Hər bir gənc tədqiqatçı son bir ildə apardıqları elmi-təcrübi araşdırmalar zaman əldə etdikləri mühüm nəticələr, onların elmi və praktik əhəmiyyəti, tətbiqi imkanları haqqında fikirlərini bildiriblər, sualları cavablandırıblar.

Sonda institutun qabaqcıl mütəxəssisləri tərəfindən hər bir məruzə müsbət qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: