Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.05.2022 10:58
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Qafqazşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillərdən, həyata keçirilən tədbirlərdən, Cənubi Qafqaz respublikaları arasındakı münasibətlərdən, Azərbaycan-Gürcüstan əməkdaşlığından və Cümhuriyyətin süqutunun səbəblərindən danışıb. Cümhuriyyət tarixindən alınacaq ibrət dərslərini təhlil edib. Qeyd edib ki, hələ sovet sisteminin, SSRİ-nin mövcud olmasına baxmayaraq Cümhuriyyət bayrağı ilk dəfə Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəsmi olaraq dövlət bayrağı kimi qəbul edilib. Cümhuriyyət tarixinin öyrənilməsində Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Cümhuriyyət xadimlərinin ruhları şaddır, çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qüdrətli bir dövlətdir, torpaqlarını işğaldan azad edib.

Daha sonra mövzu ilə bağlı çıxışlar olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: