Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2022 12:55
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları təcrübə taxıl sahələrində monitorinq aparıblar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları təcrübə taxıl sahələrində monitorinq aparıblar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova, elmi işçi Turanə İsgəndərova və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar.

Ezamiyyənin əsas məqsədi analizlərin aparılması üçün sahə şəraitində əkilmiş buğda genotiplərində qeyri-invaziv rəqəmsal fenotipləmə üzrə tədqiqatların aparılması olub. Elmi işçilər təcrübə taxıl sahələrində müxtəlif nəzarət pitomniklərində monitorinq aparıblar. Bitkilərin fenotipik vəziyyəti “Polypen-400” cihazının köməyilə qiymətləndirilib.

Ümumilikdə 67 yerli, 41 Rusiya mənşəli, 9 Türkiyə mənşəli, 18 Avropa mənşəli genotipdə ölçmələr aparılıb. Alınan nəticələr sonda statistik və bioinformatik proqramlarla analiz ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: