Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2022 14:28
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda tələbələrin istehsalat təcrübəsi başa çatıb

Aşqarlar Kimyası İnstitutunda tələbələrin istehsalat təcrübəsi başa çatıb

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələrinin (4 qrup üzrə ümumilikdə 150 nəfər) 16.02-2022-25.05.2022-ci il tarixlərində AMEA-nın Aşqarlar Kimyası İnstitutunun müvafiq laboratoriyalarında istehsalat təcrübəsi başa çatıb. 

Bununla əlaqədar institutda keçirilən yekun tədbirdə qeyd edilib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə, o cümlədən institutda tətbiq olunan karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olub, təcrübi tədqiqatları yaxından izləyiblər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı təşkil olunan elmi seminarlarda iştirak ediblər.

Təcrübə müddətində nümayiş etdirdiyi bilik səviyyəsi və nümunəvi davranışı ilə fərqlənən 3 tələbə sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: