Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2022 16:57
  • A-
  • A
  • A+

“Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə tanış olub

“Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə tanış olub

“Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edən “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə yaxından tanış olub, Akademiyanın Yüksək Texnologiyalar Parkının (YTP) təqdim etdiyi innovativ məhsullara baxış keçirib.

H.Bayraktar ilk dəfə Türkiyədən kənarda, Bakıda keçirilən bu mötəbər festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Şirkətin baş direktoru AMEA pavilyonunda təqdim olunan məhsullar arasında xüsusən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən  mühərrik və sürtkü yağlarına böyük diqqət göstərib, Akademiyada əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

“Düşünürəm ki, bu festival hər il daha da inkişaf edərək böyük bir platformaya çevriləcək”, - deyə qeyd edən H.Bayraktar festivalda iştirak edən hər bir müəssisə və təşkilata uğurlar arzu edib.

YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov H.Bayraktarı rəhbərlik etdiyi texnoparkda əldə olunan nailiyyətlər, istehsal olunan rəqabətədözümlü məhsullarla yaxından tanışlıq və gələcək əməkdaşlıq perpektivlərinin müzakirəsi üçün YTP-yə dəvət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: