Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.05.2022 10:20
  • A-
  • A
  • A+

Şərqşünas alim Roida Rzayeva Moskvada keçirilən tədbirdə məruzə ilə çıxış edib

Şərqşünas alim Roida Rzayeva Moskvada keçirilən tədbirdə məruzə ilə çıxış edib

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) “Polisentrik dünyada fəlsəfə” adı altında VIII Rusiya Fəlsəfə Qurultayı keçirilib.

Qurultayın təşkilatçıları Rusiya Fəlsəfə Cəmiyyəti, Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutudur.

Tədbirin açılışında MDU-nun rektoru, Rusiya Elmlər Akademiyasının (REA) akademiki V.Sadovniçiy, Rusiya Fəlsəfə Cəmiyyətinin prezidenti, REA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini v.i.e., REA-nın akademiki, A.Smirnov, REA-nın akademiki V.Lektorskiy və başqaları çıxış ediblər.

Qurultayda AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva “Postmodernin diskursunda media mədəniyyəti” adlı məruzə ilə çıxış edib.

R.Rzayeva qeyd edib ki, informasiya cəmiyyətində informasiya və bilik istehsalın əsas məhsuluna çevrilir ki, bu da müasir dövrü təkcə informasiya dövrü deyil, həm də məna dövrü edir. Modern dövrün kütləvi şüurunu əvəz edən xüsusi bir şüur forması kimi “əlaqəli şüur” media vasitəsilə yeni mənalarla tanışlıq prosesidir. Şüur və mədəni təkamül problemlərinin tədqiqi mənaların, insanların “dünya obrazlarının” və qlobal proseslərin və dəyişikliklərin bir-biri ilə necə əlaqəli olduğunu aşkar etməyə imkan verir. Bu müstəvidə fəlsəfənin inikas və humanitar ekspertiza vasitəsi kimi rolu ortaya çıxır.

Alimin məruzəsi maraqla qarşılanıb. Qurultay iştirakçıları tərəfindən R.Rzayevanın tədqiq etdiyi mövzuların böyük aktuallığı qeyd olunub.

Konfransın materialları nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: