Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.06.2022 15:05
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin mütəxəssisləri ilə görüş keçirilib

Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin mütəxəssisləri ilə görüş keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin baş direktoru, Dr. Bilal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Polimer Materialları İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev, laboratoriya və şöbə müdirləri, o cümlədən SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri iştirak ediblər.

Azərbaycanda işgüzar səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı əlaqələrin yaradılmasının əhəmiyyəti vurğulanıb. Birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması istiqamətlərində aparılan danışıqlar zamanı hər iki tərəfin gördüyü fundamental və tətbiqi işlərdən bəhs edilib, ortaq maraq doğuran sahələr üzrə elmi əməkdaşlıq və gələcək planlar təhlil edilərək ətraflı fikir mübadiləsi aparılıb. 

Müzakirələrdə SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri – Dr. Ayhan Ezdeşir, Dr. Maqsud MəmmədovBaşak TuncerHilal Aykaç, Dr. Aysel Zahidova, Şahin Sarrafi, Dr. Alp AlparslanPikə Paşayeva və Polimer Materialları İnstitutunun alimləri – elmi katib, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva, baş mühəndis, kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova, kimya elmləri doktoru, professor Ağa Mustafayev, kimya elmləri doktoru, dosent Əlverdi Kərimov, kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova, kimya üzrə fəlsəfə doktoru, dosent Elnarə Aslanova, kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayeva, kimya üzrə fəlsəfə doktoru Aynurə Məmmədova, Gülnarə Qasımova və digərləri iştirak ediblər. 

Sonda qonaqlar institutun elmi nəticələri və nailiyyətləri, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri ilə əyani tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: