ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin elmi işçisi Oğuzxan Yalvac Azərbaycanda səfərdədirlər.
Səfərin məqsədi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), ABŞ-ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin birgə həyata keçirdiyi “Qafqaz layihəsi” çərçivəsində görülən işlərin hazırki vəziyyəti ilə tanışlıqdır.
Qonaqlar iyunun 1-də RSXM-nin Monitorinq Mərkəzində olublar. “Qafqaz kəsilişi” layihəsinin icra vəziyyətinə dair aparılan müzakirələrdə Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini, sistem adminstratoru Ruqiyyə Kərimova və müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.