AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfdən – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev, icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, elmi katibi, kimya üzrə elmlər doktoru Mina Munşiyeva, şöbə müdiri, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, laboratoriya müdiri, kimya elmləri doktoru, professor Etibar İsmayılov və SOCAR Türkiyə tərəfdən baş direktor, Dr. Bilal Quliyev, Dr. Maqsud Məmmədov, Dr. Alp Alparslan, Dr. Aysel Zahidova, Dr. Ayhan Ezdeşir, Şahin Sarrafi, Hilal Aykaç, Başak Tuncer və Bikə Paşayeva iştirak ediblər.
Görüşdə akademik Dilqəm Tağıyev institutda son illərdə aparılan elmi-tədqiqat işləri barədə qısa məlumat verib, sonra hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə müzakirələr aparılıb və birgə elmi fəaliyyətin təşkili qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.