AMEA-nın Aşqarlar Kimyası İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə SOCAR Türkiyə tərəfdən baş direktor, Dr. Bilal Quliyev, Dr. Ayhan Ezdeşir və Bikə Paşayeva iştirak ediblər.
Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi müəssisənin elmi innovativ fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı əlaqələrin yaradılmasının əhəmiyyəti vurğulanıb. Birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması istiqamətində aparılan danışıqlar zamanı hər iki tərəfin gördüyü fundamental və tətbiqi işlərdən bəhs edilib, ortaq maraq doğuran sahələr üzrə elmi əməkdaşlıq və gələcək inovativ planlar təhlil edilərək ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə institutun icraçı direktoru, k.e.d.. dosent Əfsun Sucayev, elmi katibi Mehparə Səfərova, laboratoriya müdirləri, professorlar Həqiqət Cavadova, Pərvin Məmmədova və digərləri iştirak ediblər.
Sonda birgə elmi inovativ fəaliyyətin təşkilinə qərar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.