Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA 2022-ci ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” Festivalında iştirak edəcək
03.06.2022 14:32
  • A-
  • A
  • A+

AMEA 2022-ci ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” Festivalında iştirak edəcək

İyunun 3-də AMEA-nın Əsas binasında “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib.

İclasda AMEA Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələri haqqında” qərarı səsləndirilib.

Qərara əsasən, AMEA-nın “TEKNOFEST Azərbaycan” 5-ci Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirakı yüksək qiymətləndirilib.

Sənəddə, həmçinin 2022-ci ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” Festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı Tədbirlər planının hazırlanması, Türkiyənin elm və təhsil qurumları ilə elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə elmi araşdırmaların aparılması, qarşılıqlı kadr mübadiləsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və s. məsələlər əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: