Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2022 14:51
  • A-
  • A
  • A+

UFAZ-ın tələbələri üçün kurqanlar üzərində praktiki təcrübə keçilib

UFAZ-ın tələbələri üçün kurqanlar üzərində praktiki təcrübə keçilib

Fransa-Azərbaycan Universitetinin (UFAZ) magistrantları AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun çöl tədqiqat sahələrində təcrübə keçiblər.

Goranboy rayonu ərazisində dosent Bəxtiyar Cəlilov tərəfindən üzərində araşdırma işləri aparılan Uzun Rəmə kurqanları UFAZ-ın magistrantları üçün təcrübə sahəsi kimi seçilib.

Təcrübə rəhbəri Klara Codrinin dəvəti ilə Fransanın Strasburq Universitetinin professoru Maksim Bano, Sarbonna Universitetinin professoru Kristian Camerlynck və “Enerex” şirkətinin direktoru Bruno Gavazzi təcrübə prosesinə qatılıblar. Onlar UFAZ-ın “Yer elmləri” ixtisası üzrə təhsil alan 1-ci kurs magistrantlarına maqnit, georadar, seysmik və elektrik müqaviməti üsulları ilə çöl elmi təcrübəsi keçiblər.

Tələbələrə arxeoloji tədqiqatlarla bağlı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu Lola Hüseynova rəhbərlik edib. O, təcrübə iştirakçılarına kurqanların tarixi, strukturu, onlarda həyata keçirilən dəfn adəti, qəbir əşyaları, kurqanlar üzərində aparılan arxeoloji tədqiqatların üsulları ilə bağlı məlumat verib.

Daha sonra tələbələr kurqanları qazmadan müxtəlif geofiziki üsullardan istifadə etməklə onların tədqiqini həyata keçiriblər. Həyata keçirilən elmi təcrübə bu sahədə təhsil alan mütəxəssislərin iştirakı ilə gələcəkdə arxeoloji abidələr üzərində multidissiplinar tədqiqatların aparılmasına zəmin yaradır.

Arxeoloji abidələr üzərində aparılan geofiziki araşdırmaların ilkin nəticələri qənaətbəxş olub. Gələcəkdə birgə elmi əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: