Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2022 10:20
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı ekspedisiyada olub

Zoologiya İnstitutunun əməkdaşı ekspedisiyada olub

AMEA-nın Zoologiya İnstitutunun Paleozoologiya laboratoriyasının müdiri v.i.e, b.ü.f.d. Könül Tapdıqova “Mingəçevir və Varvara su anbarlarının zooplanktonunun tədqiqi” mövzusu üzrə Mingəçevir şəhəri, Yevlax və Samux rayonlarında ekspedisiyada olub.

Ekspedisiya müddətində Mingəçevir su anbarından zooplankton nümunələri toplamaq üçün həm su anbarlarının sahil zolağından, həm də motorlu qayıqdan istifadə etməklə su anbarının 4 hissəsindən (çay, yarımgöl, göl, Xanabad körfəzi) materiallar toplanıb. Keyfiyyət nümunələri Mingəçevir su anbarının sahil zolağındakı lil (Xanabad körfəzi), qum və daş biotopundan (buxtalardan), lilli-qum, bitki biotoplarından götürülüb.

Bundan əlavə, zooplanktonun biosenozda rolunu müəyyən etmək üçün Varvara su anbarından balıq nümunələri (çəki, çapaq, sıf, külmə) götürüldükdən sonra yarılmış mədə möhtəviyyatına işıq mikroskopu və lupa vasitəsi ilə baxılıb.

Hazırda nümunələrin laborator şəraitdə analizi davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: