Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2022 15:39
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Şuşaya həsr edilmiş müsabiqədə qalib olub

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Şuşaya həsr edilmiş müsabiqədə qalib olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Azərbaycanın arxeoloji abidələri toplusu bölməsinin kiçik elmi işçisi Məhiyəddin Seyidov Milli Azərbaycan Tarixi Muzeyinin “Şuşa ili” çərçivəsində keçirdiyi “Qarabağın incisi – Şuşa” adlı rəsm və əl işlərindən ibarət ümumrespublika müsabiqəsində təsviri incəsənət üzrə (rəsm əsərləri) I yerin qalibi olub.

M.Seyidovun çəkdiyi “Şuşanın gülləri” adlı xalça layihəsi I yerə layiq görülüb. O, müsabiqənin münsiflər heyəti tərəfindən Hacı ZeynalabdinTağıyev haqqında nəfis tərtibatlı kitab və pul mükafatı ilə təltif olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Məhiyəddin Seyidov Şuşanın əsrarəngiz Cıdır düzündə bitən güllərin gözəlliyini unutmamış, həmin güllərdən ibarət xalça kompozisiyası yaratmışdır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: